​Lotu Qulinin tərəfdarları hakim qarşısına çağırıldı – BAKIDA

Baxış sayı:
5296

Kriminal aləmdə Rafət Əlibayramski kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla birlikdə ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxsləri vəkilləri prosesdə iştirak etməyib.
Bu səbəbdən proses baş tutmayıb, növbəti iclas mayın 10-da davam edəcək.
İttihama görə, Nəsimi rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunub./Teleqraf/