​Əliyev-Paşinyan görüşü barədə: “Razılaşma yoxdur, amma…”

Baxış sayı:
6067

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə dövlət başçılarının görüşü razılaşdırılmayıb.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan deyib.
Onun sözlərinə görə, hələlik ATƏT-in Minsk qrupundan da belə bir təklif gəlməyib:
“Prezidentlərin görüşü barədə heç bir razılaşma yoxdur. Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında keçirilməsi ehtimal edilən görüş münaqişənin birdəfəlik həll ediləcəyi demək olmayacaq, amma prosesə təkan verəcək”.