“Kral Melaniyanın əlini 3 dəfə öpdü” - Donald Trampın Ərəbistan xatirəsi

Baxış sayı:
8719

Donald Tramp “Newsweek” jurnalına açıqlamasında Səudiyyə Ərəbistanına səfəri ilə bağlı maraqlı bir məqama aydınlıq gətirib.

Muxalifet.az strateq.az-a istinadən xəbər verir ki, Tramp deyib: “2017-ci ilin mayında Riyad səfərindən öncə köməkçilərim mənə dedi ki, bizi qarşılayarkən, Səudiyyə kralı Salman Birinci xanım Melaniyaya əl uzatmaya bilər.

Biz Ərəbistana gəldikdə, kral bizi təyyarə trapının yanında gözləyirdi. Ona əlimi uzadıb salamlaşdım. Sonra Melaniya əlini ona sarı uzatdı.

Kral Salman təzim edərk Melaniyanın əlini tutub üç dəfə öpdü.

Krala dedim ki, 3 dəfə öpmək kifayətdir”.