​Kök hüceyrələrinin köçürülməsi tromboz riski yaradır

Baxış sayı:
9934

Mütəxəssislər müxtəlif növ kök hüceyrələrinin qanın laxtalanmasına təsirini araşdırıb.  
Muxalifet.az xəbər verir ki,  bu barədə “Medikforum.ru” saytında məlumat yayılıb.
Kök hüceyrələrinin tibbdə istifadəsinin təbliği ilə məşğul olanlar orqanizmin müxtəlif orqanların və sistemlərinin həyat fəaliyyətinin bərpa olunacağını vəd edir.
Habelə kök hüceyrələrinin transplantasiyası nəticəsində bir çox problem və fəsadların yarandığı məlum olub. Zalsburq (Avstriya) Tibb Universiteti yanında fəaliyyət göstərən hüceyrə terapiyası İnstitutunun alimləri kifayət qədər qiymətləndirilməmiş təhlükəyə- tromboz riskinin yaranmasına diqqət yetirmişdir.
Kök hüceyrələrinin köçürülməsi ilə bağlı tromboz riski toxuma hüceyrələrin qana keçməsi nəticəsində yarana bilər. Bunun nəticəsində yaranan mikrotrombozlar insult və ağciyər arteriyasının emboliyası ilə nəticələnə bilər. Avstriya alimləri hücyrə transplantlarının qanın laxtalanma qabiliyyətinə təsirini qiymətləndirmək üçün yeni üsul təklif ediblər. Bu metodu plazma rotasiya tromboelastometriyası adlandırırlar.Aparılan araşdırmalar göstərib ki, iliyin kök hüceyrələrinin digər toxuma hüceyrələri  (məsələn, göbək və ya yağ toxuması hüceyrələri) ilə müqayisədə yaradacağı fəsadların səviyyəsi çox aşağıdır.