"Kazinolar kralı"nın malikanəsi və qızıl unitazı - VİDEO

Baxış sayı:
6586

Yakutiyada yeraltı kazinolar şəbəkəsi olan şəxs saxlanılıb. Virtualaz.org xəbər verir ki, bununla bağlı Rusiya Federal Təhqiqat Komitəsinin “Youtube” kanalında əməliyyat zamanı çəkilmiş video kadrlar yerləşdirilib.

Kazino işlədən şəxsin dəbdəbəli malikanəsi də diqqət çəkib. Daxili interyeri “barokko” üslubunda hazırlanan evin geniş hamamında qızıl unitaz və bide qoyulub. Lüstr, televizor və matraslar polietilenlə örtülüb. Görünür, ev sahibi yaxın vaxtlarda mənzili döşəsə də, hələ yaşamağa başlamayıb.

Cinayət əməlinin təşkilində 44 yaşlı Yakutst sakini və onun 5 tərəfdaşı günahlandırılır. Onlar yeraltı qumar oyunlarının təşkilində ittiham olunurlar. Kazinodan yüzlərlə oyun avtomatı, kompüter, oyunçuları müşahidə edən gizli kameralar, yarım milyon rubldan çox nəqd pul ələ keçirilib.

Təqsirləndirilənlərdən 3-ü həbs olunub, digərlərindən isə yaşadıqları yeri tərk etməyəcəkləri ilə bağlı yazılı iltizam alınaraq sərbəst buraxılıblar. Hazırda istintaq davam etdirilir.