Jurnalistlər MTN generalının məhkəməsinə buraxılmadı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə Elçin Quliyev və digərlərinin məhkəməsi başlayıb.
Mətbuat nümayəndələri prosesə heç bir səbəb göstərilmədən buraxılmayıb.
Prosesdə MTN-nin sərəncamda olan bir neçə generalının ifadə verəcəyi gözlənilir.