İran və Türkiyədə güclü zəlzələ — Qorxulu anlar yaşanıb
5-12-2017 21:45
Baxış sayı:
11505
Türkiyədə və İranda güclü zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, Türkiyədəki yeraltı təkan Van vilayətində qeydə alınıb. Vandakı zəlzələnin gücü 4 bala yaxın, Tuşba kəndində isə 3,4 bal gücündə qeydə alınıb. Dağıntılar və xəsarət alan barədə məlumat verilməyib.
İranda isə şimal istiqamətində təbii fəlakət olub. Yeraltı təkanlar Gilan vilayətinin Ləngərut şəhərində qeydə alınıb. 4,8 bal gücündə olan zəlzələnin dərinliyi 23 km olub. Burada da insan itkisi və dağıntı barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, ötən ay İranın Kirmanşah əyalətində, İraqla sərhəd yaxınlığında baş verən 7,2 bal gücündə zəlzələdə son məlumata görə, 569 nəfər həlak olub. Yeraltı təkanlar BƏƏ, Küveyt və İsraildə də hiss olunmuşdu.