İndi də süni ət yaratdılar - FOTO

Baxış sayı:
118

Dünyada baş verən qarışıqlıq və xaos arxasındakı qaranlıq əllər yaradılışı da pozmağa çalışır. İnsanların və ərzaqların geni ilə oynanan araşdırmaları elm adına yazırlar. Son olaraq İsrailin bir qida firması yeni növ ət alternativi adı altında süni istehsal etdiyi ətə oxşar məhsulu bazara çıxarmağa hazırlaşır.

"Jet Eat" adlı firma yeni növ ət alternativi ilə bazarı lərzəyə gətirməyi qarşısına məqsəd qoyduğunu açıqlayıb.

Üçölçülü texnologiyadan istifadə edən firma, 2020-ci ildə toxuması, yumşaqlığı və dadı ilə həqiqi heyvan ətindən ayırd edilməyəcək qədər oxşar məhsulu bazara çıxaracağını bildirib.

Üzərində işlər aparıldığı bildirilən məhsul üçün firma 2018-ci ilin əvvəlindən bu yana araşdırma işləri aparır.

"NoCamels" jurnalına açıqlama verən firma sahibi Eşar Ben Şitrit ətin kompleks quruluşunu təqlid edə biləcək səviyyəyə gəldiyini bildirərək belə deyib:

"Heyvan əti dörd elementdən ibarətdir: əzələ, yağ, mioqlobin və bağ toxuması. Üçölçülü texnologiyadan istifadə edərək tamamilə təbii maddələrdən ibarəd toxuma yarada bilirik. Daha yaxşı nəticələr almaq üçün işlərimiz davam edir. Bazara çıxdıqda istehlakçıları təəccübləndirəcək məhsul olacağını deyə bilərəm".

Təcrübələr üçün İsrail Teknion Texnologiya İnstitutunun laboratoriyalarından istifadə edən "Jet Eat" Avropa İnnovasiya və Texnologiya İnstitutu tərəfindən təşkil olunan Ərzaq Təşəbbüs Zirvəsində finalçı kimi seçilərək 70 min dollarlıq mükafatın sahibi olub.

Bir canlının genetik xüsusiyyətlərinin laboratoriya şəraitində dəyişdirilməsi nəticəsində əldə edilən GMO (genetik modifikasiya olunmuş orqanizm) qidaları insan orqanizmində tam parçalanmır. Allergik xəstəlikləri olan insanlar üzərində öldürücü təsirləri olduğu kimi insanın hormonal sistemini də pozur.

Aparılan tədqiqatlar GMO istifadəsinin həm təbiət, həm də canlılar üzərində ciddi zədələr qoyduğunu ortaya qoyub./FaktXəbər