HÜCUM ƏMRİ İŞƏ YARAMADI - Heç də hamı İbrahimbəyovun üstünə atlamadı

Baxış sayı:
1951

Qəribə təsadüf: üç telekanal sinxron şəkildə "Qafqaz triosu" filmini müzakirə edirdi

Mayın 24-də üç dövlət telekanalı (AzTV, İctimai kanal və "Mədəniyyət" kanalı) eyni zamanda, müxtəlif teleşirkətlərin yayım cədvəlində qeyri-adi nadir təsadüflə təəccübləndirərək, Rüstəm İbrahimbəyovun "Qafqaz triosu" bədii filminin "ekspertlərlə" müzakirəsini nümayiş etdirirdi.https://www.youtube.com/watch?v=rxrt8yk2lCI&t=4772s Film 2015-ci ildə çəkilib, amma - ikinci bir təəccüb doğuran məqam, - gözlənilmədən 2018-ci ilin mayında Azərbaycanın hökumətyönlü KİV-lərinin ciddi tədqiqat mövzusuna çevrildi, baxmayaraq ki, buna qədər geniş tamaşaçı kütləsi bu film haqqında heç eşitməmişdi də.

Televiziya müzakirələrində deputat Çingiz Qəniyev, "Bakinski Raboçi" qəzetinin baş redaktoru Rəhman Hacıyev, vaxtilə İbrahimbəyova məxsus olan və Bakıda fəaliyyət göstərən "İbrus" teatrının aktyorları və əlbəttə ki, filmi tənqid edən məqalənin müəllifi, kino tənqidçisi Ayaz Salayev və teleaparıcılar iştirak ediblər. Telemüzakirələrdə peşəkar jurnalistlərin iştirak etməsinə baxmayaraq, heç bir kanal Moskvaya İbrahimbəyova zəng etməyib və ona çəkdiyi kinofilm haqqında fikrini bildirmək imkanı yaratmayıb. Azərbaycan telekanalları özlərini Stalin dövründəki məhkəmə üçlüyü kimi aparırdılar - yalnız ittihamçılar çıxış edirdi, müdafiə tərəfə və təqsirləndirilənlərə söz verilmirdi. Üçlüyün hökmü güllələyərək öldürmə.

Azərbaycan televiziyası məmnuniyyətlə zövqsüz toy müğənnilərinin xalqa "düzgün həyat" öyrətdiyi sarı "maqazin-şou"lar hazırlayaraq, Türkiyə telekanallarının tərzini təkrarlayır. Amma bizim televiziya ittiham olunan tərəfə səs hüququ verən qərb telekanallarının təcrübəsini təkrar etmək, heç olmasa internet-video vasitəsilə (Skype və s.) İbrahimbəyova müraciət etmək istəmir.

Azərbaycan televiziyası ictimai rəyi formalaşdırmadığına görə, sosial şəbəkələrdə İbrahimbəyovun yaradıcılığı ilə bağlı tamamilə fərqli qiymətləndirmələr oxumaq olar. Müzakirə iştirakçıları sovet dövründə çəkilmiş və nümayişi qadağan edilmiş "Bir Cənub Şəhərində" filminin də "Qafqaz triosu" kimi rəsmi obstruksiyaya məruz qaldığını xatırladan Oskar laureatı olan rejissorun sözlərini müzakirəyə çıxarırlar. İndi isə bu film Azərbaycanda ən çox sevilən filmlərdən biridir.

Nijniy Novqorod (RF) diasporasının fəalı Vidadi Abbasov qalmaqala səbəb olan filmə baxıb və yazır: "Ucuz və çirkin Bakı təbliğatı məndə maraq oyandırdı. İndicə Rüstəm İbrahimbəyovun "Qafqaz triosu" filminə baxdım. Böyük həzz aldım. Super filmdir! Sağ olsun müəllif! Hamıya boş-boş şeylərlə məşğul olmağa son qoymağı və Azərbaycanın problemləri ilə məşğul olmağı məsləhət görürəm. Sizdə ölkənin yarısı aclıq şəraitindədir...".

Digər rəylərdən bəziləri:

- R.İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş filmi hələ görməmişəm, amma ekspert kimi "ziyalılar" Əli Həsənov və Ayaz Salayevin çıxış etməsi öz-özlüyündə gərginlik yaradır...

- Film, əlbəttə ki, yaxşı alınmayıb, heç nə lazımi səviyyədə deyil, aktyorların ifası, ssenari, rejissorun işi, amma onun sistemimizin gerçək üzünü göstərməyə çalışdığı bəzi nüansları qeyd etmək istəyirəm. Film qəhrəmanı olan rus nənəni götürək, bu, rusların bizə qarşı siyasətinin kiçik surətidir! Düzünü deyim, kimin və niyə məhz indi bu filmi yada saldığını bilmirəm, mənə maraqlı da deyil, haqqında danışılmalı olan daha fərsiz filmlər və daha böyük problemlər var. Film isə... bu qədər səs-küyə dəyməz, orada dəhşətli və yalan olan heç nə yoxdur. Sadəcə olaraq alınmayıb...

- Hakimiyyət olmasaydı, indi Bakıda nə haqda düşünərdilər? Düzdür, necə dolanmaq və ay sonunda işıq və su pulunu ödəmək üçün hardan pul tapmaq barədə. Yəni xırda, xəsis, əsl vətəndaşlara layiq olmayan şeylər haqqında. Amma uzaqgörən hakimiyyət xadimləri məşhur kinişünasa daha da məşhur dramaturqu ifşa etməyi, onu, nə az, nə çox, milli maraqları satmaqda ittiham etməyi tapşırır. Buradaca böyük kəskin vətənpərvərlik tutması yayılır, insanlar mühüm problemləri unudub, daha uca şey - vətən, milli maraqlar haqqında düşünməyə başlayır. Kimsə ağzını köpürdə köpürdə dramaturqu müdafiə edir, kimsə kinoşünası, kimsə ümumiyyətlə bütün satılmış ziyalıları pisləyir. İnsanlar böyük işdə, vətənin müdafiəsində iştirak edirlər. Bu faktı dərk etmək onların gözləri bərəlir, kürəkləri düzəlir, onlar öz gözlərində mayalanmış kimi böyüyürlər və artıq özlərini dahi kimi görürlər. Axı onlar nəcib bir işdə iştirak edirlər. Və dünyaya vətənlərini nə qədər çox sevdiklərini göstərirlər...

- ...Azərbaycan cəmiyyətində böhtan üçün məhz indi yeni mövzu atmaq kimə lazım idi?

Rüstəm İbrahimbəyov mövzusu prinsipcə çoxdan tükənibsə və bu film bu mövzuya yeni heç nə bəxş etməyibsə, biz niyə bu filmi müzakirə etməliyik? Bir neçə il əvvəl Fransa Senatı erməni soyqırımının inkar edilməsinə görə cinayət məsuliyyəti tətbiq etməyi təklif etdiyinə görə Rüstəm İbrahimbəyovun Fansanın İncəsənət və Ədəbiyyat Ordenindən imtina etdiyini və "Azərbaycan-Fransa" Mədəni Əlaqələri Cəmiyyətinin prezidenti vəzifəsindən istefa etdiyini nə tez unutduq!

Yeri gəlmişkən, Rusiya mətbuatını oxuyun - onun qeyd etdiyi ilk şey - bu, aydın tarixi olmayan çox zəif filmdir.

İkincisi - Rüstəm İbrahimbəyovu ermənilərin bağına daş atmaq istəməkdə ittiham edir, çünki baş qəhrəman - erməni doğma oğlunu onu böyüdən azərbaycanlı atalığına qarşı satqınlığa təhrik edir, erməni oğulluq isə gürcü bibisindən ona qalan hansısa mənzil üçün onu böyüdən atalığını asanlıqla satmağa hazırdır.

Təsadüfi deyil ki, filmdə bir erməni aktyor belə yoxdur, amma, filmdə baş qəhrəman rolunu ermənidən başqa kimə həvalə etmək lazım idi?

Bəlkə bu, R.İbrahimbəyovun şərti idi, bəlkə də heç bir erməni həmtayfasının satqınlığa və nə bahasına olursa olsun, asan qazanc əldə etmək cəhdinə meylliliyini vurğulayan rolu oynamağa razılaşmayıb.

Bəsdir bizim həmvətənlərimizə qarşı nifrət oduna yağ tökənlərin sözü ilə oturub durduq.

Onların etdikləri bizim xoşumuza gələ və ya gəlməyə bilər, amma biz Qarabağ məsələsində bizim mövqeyimizlə üst-üstə düşməyən bir şeyi deməyə cürət edən hər kəsi obstruksiyaya məruz qoymamalıyıq.

Çünki biz özümüz heç nə təklif edə bilmirik - Azərbaycan kinematoqraflarının bu mövzuda cəmiyyətimizin əhval-ruhiyyəsini tam əks etdirən dahiyanə əsərləri hanı? - deyə Kanadada yaşayan azərbaycanlı yazır.

Aktyorlar, İbrahimbəyovun həmkarları və şagirdlərinə ayrıca toxunmaq istərdim. Mayın 24-də AzTV-də televiziya "tənqidinə" aktyorlar Fəxrəddin Manafov və Mehriban Zəki dəvət edilib. Hər ikisi 2008-ci ildə Bakı hakimiyyətinin cidd-cəhdi ilə bağlanmış "İbrus" teatrında İbrahimbəyovun tamaşalarına fəal şəkildə cəlb edilmişdi. Fəxrəddin Manafov yorğun gözlərlə televiziya kamerasına baxaraq, səmimi nitq səsləndirdi, Rüstəm İbrahimbəyovdan "belə bir filmin" səbəbi haqqında ona cavab verməyi tələb etdi. Aparıcı aktrisa M.Zəkiyə söz verdikdə, o, tənqidçi rolundan uzaqlaşaraq, yaşının və teatrdakı yerinin nüfuzlu rejissora öyüd verməyə imkan vermədiyi üçün susacağını deyib...

Turan