Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 8 nəfərə çatdı

Baxış sayı:
7429

Gürcüstanda H1N1 virusuna (“donuz qripi”) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Muxalifet.az report-a istinadən xəbər verir ki, H1N1 virusu diaqnozu ilə Tbilisinin İnqorovka xəstəxanasında müalicə olunan gənc öülb. Pasiyentin “donuz qripi”ndən ölməsi laborator şəraitdə təsdiq olunub. Xəstəxanadan bildirilib ki, təxminən 30 yaşda olan gənc iki gün tibbi müəssisədə müalicə alıb, lakin onun vəziyyəti çox ağır olduğundan həyatını xilas etmək mümkün olmayıb. H1N1 virusundan daha bir nəfərin də öldüyü bildirilir. Gürcüstanın səhiyyə naziri David Sergeenko deyib ki, ölkədə qripə yoluxma halları çoxalsa da, təlaş üçün heç bir əsas yoxdur: “Bizdə epidemiya yoxdur, bizdə yalnız yoluxma halları artıb”. Qeyd edək ki, Gürcüstanda bu günə qədər H1N1 virusundan ölənlərin sayı 6 nəfər təşkil edib. Ölüm hallarının 4-ü Acarıstan Muxtar Respublikasında qeydə alınıb. Hazırda muxtar respublikda uşaqlar da daxil olmaqla təxminən 130 nəfər qrip virusundan xəstəxanada müalicə olunur.