Gülər Əhmədovanın oğlunun silahla görüntüsü yayıldı - FOTO
20-02-2020 10:32
Baxış sayı:
2600
Xəbər verdiyimiz kimi, sabiq deputat Gülər Əhmədovanın oğlu 1987-ci il təvəllüdlü Toğrul Fikrət oğlu Əhmədov Bakının Nəsimi rayonu ərazisində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz “Glock-19” markalı tapança gəzdirdiyinə görə həbs edilib.
Muxalifet.az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, T.Əhmədov odlu silah və motosiklet həvəskarı imiş.
Onun silahla görüntüsünü də yayılıb. Ehtimal edilir ki, bu görüntüdən sonra T.Əhmədov odlu silah gəzdirdirdiyinə dair şübhələr yaranıb.