Gözəl Bayramlı və Əfqan Muxtarlının həbs müddəti uzadıldı

Bu gün, avqustun 17-də Nəsimi Rayon Məhkəməsində vicdan məhbusları Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı məhkəmə prosesləri keçirilib.
 
Prokurorluğun təqdimatı əsasında keçirilən prosesdə hər iki məhbusun barəsində istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbiri daha 2 ay uzadılıb.
Bu haqda jurnalistlərə məhkəmə prosesindən sonra vəkillər Elçin Sadıqov və Nemət Kərimli məlumat veriblər. Məlumata görə, ittiham tərəfi istintaqın hələ yekunlaşmadığını, təqsirləndirilən şəxslərin istintaqın gedişinə təsir göstərə biləcəyini əsas gətirib. Məhkəmə müdafiə tərəfinin etirazına baxmayaraq vəsatətləri təmin edib.
Elçin Sadıqov məhkəmənin qərarlarından apelyasiya şikayətləri veriləcəyini qeyd edib.