“Gələcək virtual valyutaların olacaq” - VÜQAR BAYRAMOV

Baxış sayı:
3783

“2018-ci ilin geridə qalan günləri kreptovalyutalar üçün də heç də uğurlu olmadı. Son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib”. Muxalifet.az xəbər verir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirib. “Bitkoin ilə yanaşı, digər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir” V.Bayramov qeyd edib ki, Cənubi Koreyanın bitkoinləri ilə əməliyyatların qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi: “Bitkoin ilə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir. Bu arada əksər beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalar ilə bağlı ehtiyatlı açıqlamalar gəldi”. “Virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil” V.Bayramov sual edir ki, bitkoindəki köpüklər partlayırmı: “Əslində, öncədən əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, əksər Mərkəzi Bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu zaman tələb edəcək. Blok çeyn üzrə əməliyyatlar ənənəvi bankçılığı tələbi azaldır. Və sadəcə bu kontekstdən də hələlik nə əksər Mərkəzi Banklar, nə də kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar”. “ABŞ bitkoinləri dəstəkləyərsə, kreptovalyutalar “ayaqda dura” bilərlər” “Güman olunur ki, kreptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq. Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə o zaman yeni qiymət azalmaları qaçılmazdır. Amma əgər ABŞ bitkoinləri dəstəkləyərsə, o zaman kreptovalyutalar “ayaqda dura” bilərlər. Bütün hallarda isə, bitkoinlərinin taleyinin necə olmasından asılı olmayaraq yaxınlarda olmasa da, bütövlükdə gələcək virtual valyutaların olacaq”,-deyə iqtisadçı vurğulayıb. Cavid, Muxalifet.az