​Feysbuka məxsus şirkətin binası boşaldıldı - Səbəb

Baxış sayı:
2794

Feysbukun məlumat mərkəzi olan “Kəmbric Analitik” şirkətinin Londondakı binasının yaxınlığında şübhəli bağlama tapılıb.
Muxalifet.az xəbər verir ki, London polisi təhlükəsizlik məqsədilə şirkətdəki hər kəsin təxliyə olunduğunu açıqlayıb.
Qeyd edək ki, şirkət 50 milyon Feysbuk istifadəçisinin məlumatlarının satılması ilə gündəmə gəlib. Hadisədən dərhal sonra İngiltərədəki "Kəmbric Analitik" şirkətində axtarış aparılması barədə prokurorluqdan icazə tələb edilib və şirkətin CEO-su vəzifəsindən kənarlaşdırılıb.