​Feysbuk kimin zəngin olduğunu anlayacaq

Baxış sayı:
3506

Feysbuk sosial şəbəkəsinin patent müraciəti ünvanladığı yeni texnoloji yenilik ciddi marağa səbəb olub.
Muxalifet.az  xəbər verir ki, yeniliyə görə, Feysbuk administrasiyası istifadəçilərin sosial-iqtisadi vəziyyətini, gəlirlərini, işçi sinif, orta sinif, yaxud zəngin təbəqədən olduğunu müəyyən edə biləcək.
Belə ki, texnoloji yenilik istifadəçinin hansı təhsil səviyyəsinə malik olmasından, ev sahibliyininin olub-olmamasından və bir çox internet resurslarından istifadə edərək gəlirlərin hansı səviyyədə olduğunu anlayacaq.
Tətbiqetmənin nə zaman istifadəyə veriləcəyi və hansı şərtlərlə çalışacağı bəlli deyil.