​FƏDAYƏ LAÇININ MƏHKƏMƏSİ BAŞLADI

Baxış sayı:
5036

Bu gün Nəsimi rayon məhkəməsində müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatət üzrə məhkəmə prosesi başlayıb.
Publika.az-ın müxbirinin verdiyi məlumata görə, F. Laçın da məhkəməyə gətirilib və prosesdə iştirak edir.
Məhkəmə prosesi qapalı keçirilir. Prosesə hakim Babək Pənahov sədrlik edir.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.