“EYNİ ANDA 14 NƏFƏRİ...” - Həbs olunan FETÖ imamından İLGİNC AÇIQLAMA

Baxış sayı:
3078

FETÖ terror təşkilatının Ankarada həbs edilən imamı Yasin Uqan dindirilmə zamanı bəzi detalları açıqlayıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, eyni anda 14 nəfəri dinləyə bildiklərini deyib.

2013-də Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) Ankara bölgə nümayəndəsi olduğunu deyən Uqan qurulan sistemin kompüter vasitəsilə kəşfiyyat məlumatlarına bağlı olduğunu bildirib.

O, təşkilatın bu mərkəz vasitəsilə Türkiyədəki hər kəsin detallı məlumatlarını əldə etməyə başladığını söyləyib.

Y.Uqan FETÖ ilə 1993-cü ildə Konyada "Sabah" tədris mərkəzi müəllimlərinin vasitəçiliyi ilə tanış olduğunu deyib.

Qeyd edək ki, Y.Uqan bir neçə ay əvvəl Ankarada xüsusi əməliyyat zamanı ələ keçirilmişdi.