ETİRAZ: Xırdalanda sakinlər YOLU KƏSDİ - VİDEO

Baxış sayı:
4084

Bu gün Xırdalan şəhərində bir qrup sakin yolu kəsməyə cəhd edib.
Muxalifet.az xəbər verir ki, şəhər daxilindəki yolların təmir müddətinin yubanmasına etiraz edən sakinlər məişət tullantıları qutularını yolun hərəkət hissəsinə çıxararaq nəqliyyatın hərəkətini dayandırıb. Əraziyə polis və icra hakimiyyətinin nümayəndələri gəlib.
Qeyd edək ki, bir neçə aydır ki, Xırdalanda daxili yollar təmir edilir. Sakinlər təmir işinin yubanmasından narahat olduqlarını bildiriblər.