Erməni bankının auditoru olan KPMG Azərbaycana necə ayaq açıb? – EKSPERTDƏN AÇIQLAMA

Baxış sayı:
2661

Əkrəm Həsənov: “Belə auditorların ölkəmizdə fəaliyyət göstərməsi nə dərəcədə düzgündür?”
 
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, işğal olunmuş ərazilərimizdə “Artsakhbank” adlı qurum fəaliyyət göstərir. Həmin bankın saytından görünür ki, onun auditoru “KPMG” (http://www.artsakhbank.com/…/Independent_Audit_Report_eng.p…) və “Grant Thornton” (http://www.artsakhbank.com/…/Independent_Audit_Report_2015_…) audit şirkətləridir.
Muxalifet.az xəbər verir ki, bu barədə bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov deyib.
 
“KPMG-ni məhkəməyə verib vurulan zərərin əvəzini tələb edəcəyik”
 
Ə. Həsənov xatırladıb ki, bu iki şirkət Azərbaycanda da bir neçə banka və başqa şirkətlərə də audit və digər xidmətləri göstərir: “ “Böyük dördlüyə” daxil olan KPMG isə o cümlədən ölkə tariximizdə müflisləşmiş iki ən iri bankın (“Bank Standard” və “Texnikabank”) da auditoru olub və həmin bankların vəziyyətini bir qayda olaraq qənaətbəxş qiymətləndirib. Amma indi məlum olur ki, bu bankların vəziyyəti artıq uzun müddətdir ki, ağır olub və orada qeyri-qanuni əməllərə yol verilib. Bir sözlə, KPMG ən azı qeyri-peşəkarlığa yol verib, ən pis halda isə qanunsuz sövdələşməyə gedib. Bunu artıq istintaq müəyyən etməlidir. Bu barədə dəfələrlə yazmışam və “Bank Standard”ın Kreditorlar Komitəsinin sədri kimi bir daha bəyan edirəm ki, KPMG-ni məhkəməyə verib vurulan zərərin əvəzini tələb edəcəyik”.
 
“Niyə yerli şirkətlərimiz, banklarımız işğal olunmuş ərazilərimizdə əməkdaşlıq edən qurumlarla işləyir?”
 
Ə.Həsənov onu da vurğulayıb ki, KPMG-nin “Grant Thornton”un “Artsakhbank”la da işləməsi məsələni daha da ciddiləşdirir: “Belə auditorların ümumiyyətlə ölkəmizdə fəaliyyət göstərməsi nə dərəcədə düzgündür? Niyə yerli şirkətlərimiz, o cümlədən banklarımız işğal olunmuş ərazilərimizdə əməkdaşlıq edən qurumlarla işləyir?”
 
Cavid, Muxalifet.az