​ƏDV-nin qaytarılması prosesi bu tarixdən başlayacaq - RƏSMİ

Baxış sayı:
3089

2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov bəzi pərakəndə satış müəssisələrində POS-terminalların işlədilməməsinə də münasibət bildirib.

"Yeni Sabah"ın məlumatına görə, nazir belə hallarda qanunvericiliyə uyğun olaraq məsuliyyət nəzərdə tutulduğunu deyib: "Artıq yeni nəsil kassa aparatlaları quraşdırılır. Bu proses bitəndən sonra ƏDV-nin qaytarılması prosesi başlayacaq".
 
Öz növbəsində vergilər nazirinin müavini İlkin Vəliyev isə bildirib ki, ƏDV-nin qaytarılması prosesinin texniki şərtləri hazırdır: "Əgər hər hansı texniki problem yaranmasa, fevralın 1-nə qədər ƏDV-nin qaytarılması ilə bağlı əsasnamə hazırlanıb təqdim ediləcək. Bu ilin fevralından ƏDV-nin qaytarılması qanunu təsdiq olunacaq. 1 fevral tarixində bu qərar işə düşəcək".
 
Onun sözlərinə görə, 2021-ci ilə qədər bütün ictimai iaşə müəssisələrində nəzarət-kassa aparatları quraşdırılacaq.