​Dünyanın ən qısa evliliyi 3 dəqiqə çəkdi - səbəbi hər kəsi təəccübləndirdi

Baxış sayı:
18043

Küveytdə baş verən bir hadisə sosial mediada gündəm olub.
Muxalifet.az Türkiyə mediasına istinadla bildirir ki, yeni evlənən cütlük evləndikləri binadan çıxar-çıxmaz boşanmağa qərar veriblər. Buna səbəb isə gəlinin binadan çıxarkən ayağının büdrəyək yıxılması olub. Gəlin yıxıldıqdan sonra bəyin ona “axmaq” deməsi gənc qadını özündən çıxarıb.
Boşanmaq üçün dərhal məhkəməyə müraciət edən qadın bəyin bu hərəkətinin qəbuledilməz olduğunu və ayrılmaq istədiyini bildirib.
Sosial mediada yayılan hadisədə qadın bir çox izləyicidən dəstək alıb. Gəlinin bu qərarı ölkənin ən sürətli boşanma qərarı olaraq tarixə keçib.