​Dünyada 25 milyon insan KÖLƏ KİMİ YAŞAYIR – Hesabat açıqlandı

Baxış sayı:
5569

ATƏT-in insan alverinə qarşı mübarizə sahəsində xüsusi nümayəndəsi dünyada müasir köləliklə bağlı hesabat yayıb.
Trend-in məlumatına görə, hesabatda deyilir ki, hazırda 25 milyona yaxın insan köləlikdən əziyyət çəkir.
Onlardan 64 faizi məcburi əməklə məşğul olur, 19 faizi cinsi istismar qurbanlarıdır. Ən çox köləliyə məruz qalanlar isə qadınlardır. (71 faiz)
Bütün dünyada ən çox insanın qul kimi yaşadığı ölkə Hindistandır.