Dubaya gedə bilməyən qadın İNTİHARA CƏHD ETDİ

Baxış sayı:
2059

Rusiyanın paytaxtında qeyri-adi hadisə baş verib. 61 yaşlı qadın 50 tablet “Fenozepam” içdikdən sonra ağır vəziyyətdə reanimasiyaya çatdırılıb. “Mash” telegram-kanalı xəbər verir ki, Olqa Anatolyevna Yeni il bayramında adət etdiyi Dubay səfərinə gedə bilməyib. Yaxın qohumları bu il ona həmin hədiyyəni etməyiblər. Mənbə bildirir ki, intihara cəhdə daha bir səbəb bundan öncə yaşlı qadına son model “iPhone”un bağışlanmaması olub. Bütün bunlardan sonra qadın qohumlarından bərk inciyib və hazırda həkimlər onun həyatı uğrunda mübarizə aparırlar./Virtualaz.org