DOSTLUQ HAQDA MARAQLI SOSİOLOJİ SORĞU: Biz kiminlə dost oluruq...

Baxış sayı:
2401

Adətən, sosioloqlar deyirlər ki, bir qayda olaraq insanlar yaxın ətraflarında olanlarla dostluq edirlər. Ancaq bu yaxınlarda BBC-nin sifarişiylə aparlmış araşdırma göstərib ki, əslində bizim sosial çevrəmiz xeyli genişdir.

"İpsos MORİ" şirkəti 27 ölkədə internetə çıxışı olan 20 min insan arasında sorğu keçirib.

Suallar dost seçmə prinsipləri və digər sosial qruplardakı fərqli mövqeli şəxslərə münasibət məsələlərini əhatə edib.

Respondentlərin çoxu müxtəlif insanlarla dostluq etməyə hazır olduqlarını bildiriblər.

Rəyi soruşulanların yarısı razılaşıb ki, hətta bəyənmədiyin fikirləri də dinləmək lazımdır. Amma məhz bu cür davrandığını bildirənlərin sayı az olub.

Araşdırma qrupunun rəhbəri Glenn Gottfried deyir ki, "Bizim ictimaiyyətə faydalı hesab etdiyimiz şeylə gündəlik davranışlarımız arasında fərq var".

Sorğuya cəlb edilən ölkələr arasında Rusiya da var.

"İpsos MORİ"-nin sosioloqları qeyd edirlər ki, bu ölkədə (o cümlədən, Türkiyə, Rumıniya, Serbiya, Braziliya, Kolumbiya, Meksika, Peru, Hindistan, Çin, Səudiyyə Ərəbistanı, Tailand və Cənubi Afrikada) sorğuya savadlı və nisbətən yüksək gəlirli şəhər əhalisi cəlb edilib.

Sosioloqlar bu təbəqəni "birinci sinif istehlakçılar" qrupu adlandırır. Bu alamlar cəmiyyətin tipik nümayəndələri deyil.

Bəs, insanlar nə deyirlər?

Demək olar, bütün ölkələrdə respondentlərin beşindən üçü bildirib ki, dostlarının çoxu qlobal istiləşmə (42 faiz), din (38 faiz), immiqrasiya (38 faiz) və feminizm (37 faiz) barədə onlarla eyni fikirdədir.

Amma siyasi mövqe ortaqlığında faizlər bu qədər yüksək deyil.

Cədvəl

Rəyi soruşulanların 35 faizdən çoxu bildirib ki, əks siyasi mövqeyə sahib insanlarla həftədə ən azı bir dəfə görüşür.

20 faizə yaxını bunu ayda bir dəfədən də az etdiyini deyib. On nəfərdən biri etiraf edib ki, elələriylə heç vaxt görüşmür.

"İpsos MORİ"-nin saxta xəbərlər və internetdəki məlumatların düzgünlüyü ilə bağlı yeni araşdırmasının nəticələri də bu göstəricilərlə üst-üstə düşüb.

Məlum olub ki, rəyi soruşulanların 65 faizi internetdən məlumat alan insanların "informasiya qabarcığında" yaşadığını düşünür, özünün də bu "qabarcıqda" olduğunu onların yalnız 34 faizi etiraf edib.

Presentational white space

Biz dostlarımızı olduqları kimi qəbul edirikmi?

Bütün rəyi soruşulanların 56 faizi bildirib ki, dostlarının əksəriyyəti onlarla eyni etnik qrupdandır, 46 faizi isə qeyd edib ki, bütün dostlarıyla eyni yaşdadır.

Bu, daha əvvəl əldə edilmiş sosial göstəriciləri təsdiqləyir - biz özümüzə bənzəyən adamlarla dostluq etməyə üstünlük veririk.

Eyni şeyi təhsil səviyyəsi haqqında da demək olar: bütün dünyada biz öz dünyagörüşümüzə uyğun dostları məhz bizimlə eyni təhsil səviyyəsinə malik insanlar arasından seçirik.

Cədvəl

Amma gəlir səviyyəsi məsələsində faiz nisbəti kəskin azalır.

Respondentlərin ancaq 30 faizinin gəliri əksər dostlarının gəlirləriylə eynidir.

Beləliklə, araşdırma göstərir ki, daha çox yetkin yaşlarda yaranan və heç də həmişə təhsil səviyyəsindən asılı olmayan gəlir fərqləri dostluq münasibətlərinə mane olmur.

Şəkil

Hərçənd Amerikanın "The Depolarization Project" ("Depolarizasiya Layihəsi") araşdırma qrupunun yaradıcısı Alison Goldsworthy bu tip cavablara ehtiyatla yanaşmağı tövsiyə edir:

"İnsanlar öz gəlirləri haqqında heç vaxt düzgün məlumat vermirlər.

Dostları (onların qazancını) bilməyə bilərlər. Bəzi mədəniyyətlərdə belə şeyləri ulu-orta müzakirə etmirlər".

Dostlar vacib mövzularla bağlı eyni mövqedə olurlarmı?

Rəyi soruşulanların üçdə birindən də azı bildirib ki, dostlarının çoxuyla eyni siyasi mövqedədir.

Alison Goldsworthy deyir ki, insanlar dost çevrələrindəki siyasi mövqe fərqlərini əslində olduğundan daha böyük təsəvvür edirlər:

"Məsələn, irqi, dini və cinsi ayrı-seçkilikdən fərqli olaraq bir-birilərinin fərqli siyasi baxışlarına mənfi münasibət dost çevrəsində normal hesab olunur".

Cədvəl

Respondentlərin 80 faizi dostlarının fərqli siyasi baxışlara malik olduqlarını bilsə də, bunun yaxşı, yoxsa pis olması barədə qəti fikrə sahib deyil.

Sorğuda iştirak edənlərin təxminən üçdə biri müxtəlif fikirliliyi cəmiyyətin sağlamlıq göstəricisi sayır, 32 faizi isə bunu cəmiyyət üçün zərərli qütbləşmə kimi qiymətləndirir.

Dostlar

Sorğuda iştirak edənlərin təxminən üçdə biri müxtəlif fikirliliyi cəmiyyətin sağlamlıq göstəricisi sayır, 32 faizi isə bunu cəmiyyət üçün zərərli qütbləşmə kimi qiymətləndirir.

Respondentlərin 40 faizindən çoxu həm də bu fikirdədir ki, siyasi baxışlardakı fərqlərə görə cəmiyyət 20 il əvvəlkindən daha böyük təhlükəylə qarşı-qarşıyadır, onların yalnız 14 faizi bunun əksini düşünür.

Glenn Gottfried dost çevrəsində ən kəskin mövzunun siyasət olduğunu bildirir:

"Müasir dövrdə siyasi mənzərə dəyişir və insanlar başa düşürlər ki, nəticə etibarilə bu onlar arasında böyük fikri ayrılıqları yaradır".

Sosial şəbəkələrin rolu

Sosial şəbəkələr cəmiyyət üçün faydalıdır, yoxsa zərərli? Bu məsələdə fikirlər müxtəlifdir.

Sosial şəbəkələr baryerləri aradan qaldırmağa yardım edir, daha çox insana mövqe bildirmək fürsəti verir. Amma sorğunun nəticələri göstərir ki, "Facebook" və "Twitter" kimi platformaların fikir qütbləşmələrində rolu hissolunan səviyyədədir.

Sorğu nəticələri dəqiqdirmi?

Sorğunun nəticələri insanları "əsir" alan "sosial qabarcıqların" təbiətini aydınlaşdırmaq üçün yetərli deyil.

Cədvəl

"İpsos MORİ" şirkətinin 2018-ci ilin noyabr-dekabr aylarında keçirdiyi sorğu mövcud rellığın özünü yox, insanların onu necə qiymətləndirdiyini üzə çıxarıb.

Başqa sözlə, məlum olub ki, onlar öz sosial çevrələrini olduğundan daha çoxçeşidli hesab edirlər.

Üstəlik, sorğu yalnız internetə çıxışı olanlar arasında aparılıb.

Respondent seçimi 27 ölkədən ancaq 15-ində əhatəli olub, yerdə qalan 12-sində (yuxarıda da qeyd edildiyi kimi) araşdırmaya gəliri orta göstəricidən yüksək olan şəhər əhalisi cəlb edilib, ona görə də sorğunun nəticələri ölkələrdəki tam mənzərəni əks etdirmir.