Dələduzluqda təqsirləndirilən baş redaktorun cinayət işi məhkəməyə göndərildi

"Ata yurdu" adlı qəzetin dələduzluqda təqsirləndirilən baş redaktoru Samirə Nəsirovanın cinayət işi üzrə məhkəmə başlayır.
Əldə etdiyimiz məlumata görə, cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Fikrət Qəribovun sədrliyi ilə baxılacaq.
Məhkəmənin hazırlıq iclası 19-na təyin edilib.
Qeyd edək ki, S. Nəsirova işə düzəltmə adı altında dələduzluqda təqsirləndirilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib.