DEPUTATIN DİREKTOR OLAN QARDAŞI QIZINDAN PREZİDENTƏ SAYQISIZLIQ – “Dedi ki, get prezidentə şikayət et, mən heç kəsdən qorxmuram”

Baxış sayı:
10087

Kooperasiya Kollecinin ingilis dili müəllimi Birinci vitse-prezidentə müraciət etdi Bakı şəhəri, Binəqədi rayonu, ev 7b mənzil 54-də yaşayan Bakı Biznes və Kooperasiya Kollecinin ingilis dili müəllimi, 1962-ci il təvəllüd Kərimova Sevda Davud qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır: “Hörmətli Mehriban xanım! Sizdən şox xahiş edirəm, mənim şikayətimi nəzərdən kənarda qoymayın. Bu tədris ilində mənə dərs yükü verilməyib və pozulmuş hüququmun bərpa olunmasında mənə kömək etməyinizi Sizdən xahiş edirəm. Mən, 1962-ci il təvəllüdlü Kərimova Sevda Davud qızı 1997-i ildən Bakı Biznes və Kooperasiya Kollecində ingilis dili müəllimi işləyirəm. 2019-cu ilin iyun ayının 28-də Dil və Ədəbiyyat fənn birləşməsinin sədri N.Babayeva mənə bildirdi ki, 2019-2020-ci tədris ili üçün Sizə dərs verilməyəcək. Səbəbini bilmək üçün kollecin direktoru, deputat Eldar Quliyevin qardaşı qızı Fatimə Quliyevanın qəbuluna düşə bilmədim. Ona görə, Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyevin qəbuluna getdim. O da qəbul etmədi, amma köməkçisi Qara müəllim Eldar müəllimlə danışdıqdan sonra mənə bildirdi ki, narahat olmayin, iyulun 1-dən kollec universitetin nəzdinə keçiriləcək və biz Sizə dərs yükü veririk. Əlbəttə, Fatimə xanım bunu eşidən kimi qəzəbləndi ki, onun sözü keçməyib. Və dedi ki, ingilis dili müəllimlərini İELTS və TOEFL üzrə imtahan edəcəm. Biz ingilis dili müəllimləri ümumi profil üzrə ixtisaslaşmış müəllimlərik. Keçən il bizi imtahan etmişdilər, öz profilimiz üzrə yetərli bal toplamışdım. Nədənsə, hər il ingilis dili müəllimləri imtahan olunur. Avqust ayının 8-dən başlayaraq (biz qanuni məzuniyyətdəydik) ingilis dili müəllimlərini xəbərdar etməyə başladılar ki, ayın sonunda imtahandır. İyulun 8-dən sentyabr ayının 5-ə kimi məzuniyyətdəyik. İmtahan sentyabrın 6-7-də keçirildi. Səhhətim yol vermədiyi üçün imtahanda iştirak edə bilmədim. Bu haqda dövlət poliklinikası tərəfindən verilmiş arayış var. Sonra mənim üçün imtahan sentyabrın 25-i tarixinə keçirildi. İmtahanda iştirak etdim. Fatimə xanımın müavini Vaqif müəllim mənə dönə-dönə dedi ki, bu imtahan səviyyənin yoxlanılması üçündür, hamıya dərs veriləcək, Sizə də həmçinin. İmtahan dörd mərhələli idi, İELTS və TOEFL üzrə. Mən imtahanı yaxşı yazdım. Bütün bu proseslər ərəfəsində Fatimə xanım birinci imtahanda iştirak etmədiyimə görə dəfələrlə məni təhqir edib, 57 yaşım olmasına baxmayaraq, hörmətsiz yanaşıb (40 yaşı var), “Sizin başınız çatmır, gedin başınızı həkimə göstərin” kimi sözlərlə məni və ailəmi təhqir edib. Səbəbi isə 1-ci imtahanda iştirak etməməyimdir. Fatimə xanım 2-ci dəfə mənim üçün imtahan olanda elə bilmişdi ki, mən də o biri müəllimlər kimi ağ vərəq verəcəm. Bu, belə olmadığı üçün o, çox hirsləndi və dedi ki, birinci imtahana gəlmədiyiniz üçün onu aktlaşdırıram. Deyirəm ki, əlimdə sənədim var. Məni təhqir edir, alçaldır, pis-pis sözlər deyir. Mən isə hər dəfə onun kabinetinə daxil olanda ancaq ondan rica etmişəm, xahiş etmişəm ki, mənə dərs yükü versin. O isə mənə bildirir ki: “Özəldir, özüm bilərəm kimi işlədərəm, kimi çıxardaram, get kimə istəyirsən şikayət et: Milli Məclisə, Məhkəməyə, Prezidentə, mən heç kəsdən qorxmuram”. Fatimə xanım məni təhqir etdikdə, yenidən onun əmisi deputat Eldar Quliyevin qəbuluna düşmək istədim. Köməkçisi onunla danışdıqdan sonra mənə bildirdi ki, get Fatimə xanımın ayaqlarına düş yalvar-yaxar, sənə dərs versin. Müəllim kimi 30 illik stajım var. Tək qadınam. Gəlirim heç yerdən yoxdur. Pensiya almıram. Bir millət vəkili öz işçisinə səbəbsiz dərs yükü vermir. Mən onlardan təhqirdən başqa heç nə eşitməmişəm. Həmişə müxtəlif səbəblər gətiriblər: “Siz imtahanda iştirak etməmisiz”, “Siz məni saymırsız”, “Siz məndən sentyabr ayının 16-da dərs yükü istəmisiz”. Və sonda mənə bildirib ki, baxmayaraq ki, Siz imtahan vermisiniz, mən prisipial olaraq Sizə dərs yükü vermirəm. Heç kəsi saymıram, nə dövlət, nə də onun qanunu mənə aiddir. Özələm, nə istəyirəm edirəm. Oktyabrın 9-da dollecimizin dərs hissə müdiri Zakir müəllim Məmmədov 250 manat məvaciblə laborant vəzifəsinə keçməyimi təklif etdi. Mən səbəbini öyrəndikdə, səbəb göstərə bilmədi. Məni müddətli müqavilə ilə laborant işinə götürüb, işdən azad etmək istəyirlər. Mən isə buna razılaşmadım. Eldar müəllim Fatimə xanımın sözündən çıxmır, hərçənd, kollec universitetin nəzdindədir. Qərarları o verməlidir. Eldar Quliyevin dəfələrlə qəbuluna düşmək istəmişəm, məni qəbul etməyib. Millət vəkili xalq tərəfindən seçilib, xalqa kömək üçün. Eldar Quliyev isə öz işçisini tanımaq və qəbul etmək istəmir. Baxmayaraq ki, Eldar Quliyev kolleci universitetinin nəzdinə keçirib (1 iyul 2019), qərarları o, vermir. Hörmətli Mehriban xanım! Mən sentyabr ayının maaşını almamışam. Müddətsiz müqavilə ilə 1992-ci ildən işləyirəm. Adım işdə gedə-gedə mənə maaş verilmir. Saat hesabı müəllimə 800 saat dərs yükü verilib, 2 yeni ingilis dili müəlliməsi işə götürülüb, onlara da 800 saat dərs yükü verilib. Mənim isə dərs saatım yoxdur. Xahiş edirəm, mənə köməklik edin, mənə dərs yükü verilsin”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.