​Cənubi Amerikada Roma Papasının başına iş gəldi — Maşınının təkəri deşildi

Baxış sayı:
984

Roma Papası I Fransiskin Cənub Amerikaya səfəri çərçivəsində başına iş gəlib.
Muxalifet.az xəbər verir ki, Papanın avtomobili ötən gün Peruya başlayan səfəri zamanı yarı yolda qalıb. Belə ki, Roma papası paytaxt Limada Prezident sarayına gedərkən, mənzil başına çatmağa 3-4 kilometr qalmış avtomobilin təkəri deşilib. I Fransiskin avtomobili dərhal dəyişdirilib və tez bir vaxtda saraya çatdırılıb.
Məlumat üçün bildirək ki, Roma papası Limada müxtəlif görüşlər keçirib və Truxilyo şəhərinə gedib.