“Bülletenləri topa-topa seçki qutularına atıblar” – POLİTOLOQ GÜRCÜSTANDAKI SEÇKİLƏR HAQDA

Baxış sayı:
6058

Gürcüstanda keçirilən prezident seçkiləri ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, seçkilərin saxtalaşdırıldığına əmindir: “Çünki müxtəlif seçki fırıldaqları olub. Bu seçki xalqın siyasi iradəsini əks etdirmir və nəticə etibarilə onun nəticələrini legitim saymaq olmaz. Əlbəttə ki, siyasi müxalifətin qələbəsi Gürcüstan xalqının arzularına daha yaxşı cavab verə bilərdi, amma bu, baş vermədi. Çünki işin başında duran adam Rusiya ilə ciddi əlaqəsi olan milyarder Bidzina İvanişvilidir. Orada səslərini çoxunun pulla alınması prosesi baş verib. Gürcüstanda Qərb və Rusiya arasında ciddi mübarizə gedirdi. Bu mübarizdə də görünür ki, Rusiya qələbə çaldı”.
“Qərbin Gürcüstanda uduzmasının səbəbləri nədir” sualını cavablandıran Q. Hüseynli qeyd etdi: “Əgər 600 min seçici Zurabişiviliyə səs verəcəyi təqdirdə onların bank borclarının ödənəcəyi öhdəlik götürülsə, 600 min nəfər az deyil... Seçki məntəqələrində səslərin birinin 50 laridən satın alınması praktikası da geniş yayılmışdı. Həm də müxalifətin müşahidəçi nümayəndələri olmayan yerlərdə seçkidə iştirak etməyən adamların əvəzinə, bülletenləri topa-topa seçki qutularına atıblar. Yəni kütləvi saxtakarlıq, seçki məcəlləsinin pozulması, ondan sonra, müxalifətin nümayəndələrinə qarşı şantaj elementlərinin olması seçkidə məğlubiyyətin başlıca səbəbləridir”.
 
“Gürcüstanda Rusiyanın mövqelərinin tam güclənməsi çətindir”

 
Q.Hüseynlinin fikrincə, bundan sonra Gürcüstanla Rusiyanın münasibətləri müəyyən qədər güclənəcək: “Amma mən güman etmirəm ki, Rusiyanın bütün arzularını, istəklərini həyata keçirmək mümkün olsun. Çünki gürcü xalqı buna imkan verməz. Rusiya əgər Gürcüstanı parçalayıbsa, onun ərazilərinin bir hissəsinin ilhaq edibsə, ölkədə Rusiyanın mövqelərinin tam güclənməsi çətindir. Amma müəyyən ticarət əlaqələri, münasibətlər qaydasına düşə bilər”.
 
“Saakaşvili ölkədə olsaydı, münasibətlər başqa cür ola bilərdi”
 
Q.Hüseynli hesab edir ki, Zurabişvili hakimyyətə gəlsə də, Gürcüstan Qərbdən uzaqlaşmayacaq: “Gürcüstan NATO-ya qəbul edilmək uğrunda mübarizə aparır. Artıq NATO-nun bəzi strukturları Gürcüstanın ərazisindədir. Üstəlik də gürcü xalqı siyasi cəhətdən inkişaf etmiş xalqdır. Çox yaxşı başa düşürlər ki, onların ərazi bütövlüyünün təmin edilməsi NATO ilə bağlıdır. Saakaşvili ölkədə olsaydı, məncə, münasibətlər başqa cür ola bilərdi, Qərb müxalifəti daha ciddi surətdə dəstəkləyərdi və burada Rusiyayönlü qüvvələrə daha ciddi siyasi mübarizəyə girişə bilərdi. Yəni ortada bir sıra faktlar var ki, bu faktların heç biri reallaşmadı”.
 
“Bir sıra ölkələrdə seçkinin legimliyi şübhə altına alınacaq”
 
Seçkinin legitimliyinin gündəmə gələcəyini düşünən poliotoloqun sözlərinə görə, Qərbdə bir sıra ölkələrdə seçkinin legitimliyi şübhə altına alınacaq: “Çünki ortada çox ciddi faktlar var və bu faktları da isbat etmək çətin olmaz. Yəqin ki, müxalifət bununla əlaqədar olaraq Avropa Şurasına müraciət edəcək. Yəni qabaqda Gürcüstanı daha qalmaqallı günlər” gözləyir”.
“Seçkinin nəticələrinin ləğv edilməsi mümkün ola bilərmi” sualını Q.Hüseynli belə cavablandırdı: “Yox, o məsələni zənn etmirəm. Çünki o çox çətin bir prosesdir”.