Bu səyyah 9 dünya rekorduna imza atmağa hazırlaşır

Baxış sayı:
2996

Rusiyalı səyyah Fedor Konyuxov nəhəng gəmi ilə Yer ətrafında üç dəfə dövr etməklə 9 dünya rekorduna imza atmağı planlaşdırır. TASS-ın məlumatına əsasən, Konyuxov bunun üçün 76 metr uzunluğu olan gəmi tikməyə hazırlaşır. Qeyd edilir ki, səyahətin 80 gündən az müddətə başa vurulması planlaşdırılır. 67 yaşlı Konyuxov artıq 5 dünya səfərinə imza atıb. O, 2019-cu ilin mayında avarlı qayıqla Sakit okeanının cənub hissəsini üzərək keçib.