​Bu səyahət üçün adambaşına 250 min dollar tələb edilir – RUSİYADAN TURSİTLƏRƏ TƏKLİF

Baxış sayı:
3343

Rusiya ərazisində turizm raketləri üçün ilk şəxsi kosmodrom Nijni Novqorod və ya Kazanda inşa edilə bilər.
 
Bu barədə “Planet Today” nəşri yazıb.
 
Məlumata görə, hazırda region rəhbərləri ilə danışıqlar aparılır. Danışıqlar başa çatdıqdan sonra hansı regionla bağlı məsələlər həllini tapsa, inşaat işləri də orada aparılacaq.
 
Turistləri kosmosa aparmaq layihəsini “KosmoKurs” şirkəti hazırlayıb. Şirkət təxminən 200 kilometr yüksəklikdə uçuşlar aparmağı planlaşdırır. Biletlərin qiyməti isə 200-250 min dollar arasında dəyişəcək.