​Bu şəhərdə hər yeddi nəfərdən biri milyonçudur

Baxış sayı:
2689

Honkonqdakı milyonçuların sayı keçən illə müqayisədə 15% artaraq 1 milyon nəfərə çatıb.
Muxalifet.az xəbər verir ki, bu nəticə "Sitibank"ın apardığı tədqiqatdan sonra ortaya çıxıb.
Bank şəhərdə yaşayan 68 min nəfərin sərvətinin ən azı 1,27 milyon dollar təşkil etdiyini bildirib. Milyonçuların sayında artıma əsas səbəb isə birja və daşınmaz əmlak bazarındakı artım olub.
Qeyd edək ki, Honkonq əhalisi 7,4 milyon nəfərdir.