​Bu qəsəbədə ÖLMƏK YASAQDIR: cəsədin ortada qalacaq

Norveçin kiçik qəsəbəsi olan Lonqyarbyöndə ölmək qadağan edilib.
Soyuqdan cəsədlərin iylənmədiyi bu məkanda qəbristanlıq 70 ildir qapalıdır.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, əgər kimsə burada ağır bir xəstəliyə yoluxursa, onu təyyarəyə mindirib Norveçin başqa bir məkanına gördərirlər.
İşdir, həmin şəxs təyyarəyə minə bilməsə, yaxud qəzayla bu torpaqlarda canını tapşırsa, o zaman cəsədi başqa yerə göndərilir.
Çünki bu torpaqlarda basdırılan heç bir cəsəd çürümür, deformasiyaya uğramır.
Qəsəbənin kiçik qəbristanlığı artıq 70 ildir ki, cəsəd qəbul etmir.
Cəsədlərin havanın soyuqluğu üzündən çürümədiyini aşkarlayan alimlər 70 il qabaq burada dəfn olunan bir cəsəd üzərində araşdırma aparıblar. Məlum olub ki, həmin insan 1917-ci ildə yaranan yoluxucu qripə ttutulduğundan həyatını itirib.
Bu qəsəbə Norvüçin şimal sahillərində Svalbard adalarında yerləşir.
Bir dağın ətəyində küləklərdən qorunan bir ərazidə salınan qəsəbədə cəmi 1500 insan yaşayır.
Bura həm də qütb ayılarının çox olması ilə də tanınır.
Bu qəsəbədə Universitetə gedən tələbənin ilk dərs günündə öyrəndiyi ilk dərs qütb ayısını necə öldürmək olur.
Ölüm qadağan olunan qəsəbənin camaatının biri-birinə ən çox dediyi sözlər bunlar olur: “Əgər qütb ayısı ağzını şappıldadan səslər çıxarırsa, deməli, öldürməyə hazırlaşır”.
Hətta camaat arasında “həmin dəqiqə ayıya desən ki, Lonqyarbyöndə ölüm qadağandır. Görəcəksən ki, o, qanunlara sayğı ilə yanaşır” kimi zarafatlar da dolaşır.
Ayıların hücumuna məruz qalmalarına baxmayaraq, bu qəsəbədə səbəbsiz yerə ayı öldürək yasaqdır. Ayıları yalnız insana hücum etdiyi zaman öldürə bilərlər. Hətta o zaman belə, ərazi valisinə xəbər verilməlidir.