​Bu ölkədə əhalinin 109 min nəfəri milyonçudur – VƏTƏNDAŞLARIN 96 FAİZİ İSƏ...

Baxış sayı:
727

Meksika  iqtisadiyyatı öz həcminə görə dünyada 11-ci yeri tutur. Buna rəğmən ölkə vətəndaşlarının 96 faizi yoxsulluq həddində yaşayır, ya da yoxsullaşmaq təhlükəsi ilə üz-üzədir. Əhalinin 39 nəfəri 500 milyonu aşan varidatın sahibidir, ölkə sakinlərinin 266 nəfəri isə  100 milyondan 500 milyonadək  dolları öz əlində cəmləşdirib. Bu “Kredit Sviss” (Credit Suisse) bankının araşdırmalarının nəticələridir.
2018-ci ilin Qlobal zənginlik hesabatında qeyd edilir ki, 109 min meksikalı 1000 000 dollardan artıq varidata sahib olsa da, (bu ötən ilki göstəricilərədən 6.000 min dəfə azdır), ölkə sakinlərinin  55 milyon  yetkin nümayəndəsinin heç 10 min dolları da yoxdur,  əhalinin  97,5 faizinin əmlakının dəyəri isə 100 min dolları aşmır.
Bankın göstəricilərinə görə, milli iqtisadiyyatın hər 10 pesosundan 7-i ən zəngin meksikalıların 10 faizinin hesabına düşür(yəni əhalinin 1 faizi milli var-dövlətin 40 faizinə sahibdir), ən yaxşı halda 100 pesodan 7-ni alan yoxsul vətəndaşların yarısı isə yarı –ac,  yarı- tox yaşayır.
Muxalifet.az