“Bizim cəmiyyət vicdanlı insanların yaşaması üçün əzablı məkandır” - Məhəmməd TALIBLI

Baxış sayı:
5637

“İntiharların barmaqla sayılması təsadüf və şəxsi motivli ola bilir. İntiharlar saymaqla qurtarmırsa və bu hallar daha çox təkrarlanırsa, demək cəmiyyətin içindən gələn mənfi siqnallar həddən artıq çoxdur. Demək ki, həyat şərtləri dözülməz və yaşamağın cəhənnəmə bərabər olması əlamətləri var”.
Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı Məhəmməd Talıblı deyib
“Televiziyaları toy əhval-ruhiyyəsi zəbt edib”
“Cəmiyyətin elmi elitası və hökumətin baş bilənləri intiharların vicdanların sızdamasını hiss edəndə bir araya gəlib problemlərin diaqnozun dəqiqləşdirib, təxirəsalmaz tədbirlərə başlayırlar. İctimai müzakirələr başlayır. Media səfərbər olunur. Maarifləndirmə və iqtisadi alətlər işə salınır. Bizdə televiziyaları hələ ki, toy əhval-ruhiyyəsi və onun iştirakçıları zəbt edib. Bu mənada bizim cəmiyyət vicdanlı insanların yaşaması üçün əzablı məkan, kosmopolit biveclər üçün cənnət kimi görünür”,-deyə iqtiasdçı təəssüf edib.

Cavid, Muxalifet.az