Bir bilet aldı, külli miqdarda uduş düşdü, amma... - BİLETİNİ BU SƏBƏBDƏN YANDIRDI / Video

Baxış sayı:
4857

Türkiyədə yaşayan 27 yaşlı şəxs davranışı ilə hər kəsi təəccübləndirib.

Publika.az yerli mənbələrə istinadən xəbər verir ki, o, 20 min lirə uduş düşən biletini yandırıb. Maddi cəhətdən çətinlikləri olan türkiyəli bildirib ki, biletə düşən uduş haramdır. Bu üzdən o puldan imtina edib.

1 uşaq atası olan şəxs bildirib ki, əslində o bilet almaq niyyətində olmayıb. Lakin yeni il günü mağazadakı satıcı ondan israrla bilet almasını istəyib. Türkiyəli, satıcının sözünü yerə salmamaq üçün bileti alıb.