​Bayılda daha bir BİNA ÇÖKDÜ - Ekspedisiya rəisi

Baxış sayı:
6109

Bayıl yamacında Buxta küçəsi, 9 ünvanındakı sürüşmə ərazisinə 11 mayak quraşdırılıb.
Muxalifət.az-ın xəbrinə görə, bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Onun sözlərinə görə, quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsinə vəziyyətin dəyərləndirilir: “Bir saatdan sonra bizim əməkdaşlar ərazinin müxtəlif hissələrində quraşdırılan mayaklar vasitəsilə sürüşmə sahəsində hansı dəyişikliklərin olması barədə məlumat verəcəklər”.
Əziz Qaralov qeyd edib ki, Buxta küçəsi, 9 ünvanında sürüşmə ərazisi İbrahim Məmmədov, 2-A küçəsində yerləşən binanın sütundan çatlar əmələ gəlib: “Ərazidə 16 mərtəbəli binaya bitişik bina tikilib. Həmin binanın sütunun birində çökmə müşahidə edilib. Bitşik binanın sütun arası 10-15 santimetr çöküb”.