Başı kəsilən, gözü çıxarılan, adamyeyən nəhəng insanlar - Tarixdəki DƏHŞƏTLƏR

Müxtəlif xalqların folklorunda nəhəng qəhrəmanlara rast gəlmək mümkündür. Bir qayda olaraq bu nəhənglər qeyri-adi gücə və çox böyük bədən ölçülərinə malik olurlar. Onların taleyi xalq ədəbiyyatında hər zaman faciəvi sonluqla bitir.
Muxalifet.az publika.az-a istinadla müxtəlif folklorların 5 nəhəng qəhrəmanının siyahısını təqdim edir:
1. Atlant - Səmanı saxlayan nəhəng
Antik yunan mifologiyasında Atlant (bəzi mənbələrdə Atlas) Olimpin hökmdarı Zevsə qarşı şavaşan əsas qəhrəman sayılır. Titanların dəstəsi Zevsə məğlub olandan sonra, hökmdar Atlantı cəzalandırır. Onun cəzası isə daim səmanı əlləri ilə saxlamaq olur. Əfsanələrə əsasən, Atlantın bu zülmündən məyus olan Herakl onun yanına gedir, bir müddət səmanı ondan alıb özü saxlayır ki, Atlant dincələ bilsin.
Digər əfsanədə isə, Atlant böyük bir dağa çevrilir.

2. Xrunqngir – daş zirehli nəhəng

Skandinaviya eposunda nəhənglər haqda əfsanə az deyil. Onların ən böyüyü isə Xrunqnirdir. Bir dəfə Xruningir ən ali tanrı Odinlə savaşıb, məğlub olur, elə o an bütün tanrıları öldürməyə qərar verir. Daş zireh geyinib, bütün tanrılara savaş açır. Başı və ürəyi də daşdan olan Xruningirin başı yarılaraq öldürülür.

3. Bibliyada nəhəng Qoliaf

Bibliyaya görə, Qoliaf boyu 2,77 metr olan nəhəng qəhrəman olub. Müqəddəs kitabda deyilir ki, zirehli nəhəngi Davud adlı yəhudi gənc döyüşə çağırır və ona qalib gələrək, qılıncla başını kəsir.

4. Təkgöz Polifem

Polifem yunan mifologiyasının ən məşhur təkgöz nəhəngidir. “Odisey”ə əsasən Polifem Poseydonun oğlu olub. O, Siciliya adasında yaşayıb. Bir dəfə Odisey öz ordusu ilə Polifem yaşayan mağaranın yanındak keçəndə nəhəng təkgöz onları əsir götürür. Odisey Yuxuya gedən nəhəngin yeganə gözünü çıxardıb, ordusunu əsirlikdən və adamyeyən Polifemdən xilas edir.

5. Ac və yuxulu şeytan Kumbhakarna

Kumkbhakarna hind folkloruna aid olan Ramayana eposunun nəhəng şeytanıdır. O, öncə qəddar olmur, günlərin bir günü Brahmadan xeyir-dua əvəzinə yanlışlıqla dərin yuxu istəyir. Düz 6 ay yatan nəhəng oyanandan sonra aclıqdan insanları və meymunları yeməyə başlayır. Onu öldürməyə nail olan yeganə qəhrəman Rama olur.