​Bakıda zibil yeşikləri niyə öz yerinə qoyulmur? – PAYTAXT KÜÇƏLƏRİNDƏN BİABIRÇI GÖRÜNTÜLƏR

Baxış sayı:
496

Bu fotolar Muxalifet.az-ın əməkdaşı tərəfindən dünən axşam saat 23:00 radələrində Bakı şəhəri, 9-cu mikrorayon, Mircəlal Paşayev küçəsində çəkilib.
Əməkdaşımız həmin ərazidə gözləyərkən, Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) məxsus zibildaşıyan maşının zibil qutusunu boşaldaraq, onu hara gəldi atmasının şahidi olub. Bu fakt diqqətimizi çəkdiyindən, bir az aralıdakı zibili qutusunun da öz yerinə qoyulub-qoyulmaması ilə maraqlandıq. Çox təəssüf ki, yenə də oxşar hadisənin şahidi olduq. Belə ki, zibildaşıyan maşında çalışan işçilər qutuları boşaltdıqdan sonra, onları öz yerinə qoymaq əvəzinə, kənara atır. Bu isə, təbii olaraq ətrafda üfunət iyinin yayılmasına səbəb olur.
Güman edirik ki, bu yazıdan sonra BŞİH rəhbərliyi bu sahə üzrə səlahiyyətli şəxslərə daha diqqətli olmağı tapşıracaq, böyük zəhmət və vəsait hesabına başa gələn zibildaşıma işlərinin hansısa işçinin məsuliyyətsizliyi ucbatından yarıtmaz vəziyyətə salınmasının qarşısını alacaqdır. Bu, paytaxtın təmizliyi ilə yanaşı, hər bir sakinin sağlamlığı üçün də vacib şərtdir.
Üstəlik, bəzi hallarda bu kimi faktlar mərkəzi yollarda tıxacların yaranmasına da səbəb olur...

Muxalifet.az

P.S. Mövzunu diqqətdə saxlayacağıq.