Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən tələbənin vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
4343

Bakıdakı universitetlərdən birində təhsil alan çinli tələbə yanvarın 12-dən 19-na qədər Çində olub.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, ayın 27-si KTM-ə respirator infeksiya ilə müraciət edib.
Dərhal lazımi yardım göstərilib. Xəstədən alınan analizlər laboratoriyaya göndərilib, nəticələr mənfidir.
Xəstəxananın baş direktoru Ədalət Dadaşovun verdiyi məlumata görə, xəstənin vəziyyəti yaxşıdır, yaxın günlərdə evə buraxılacaq./Demokrat.az