​Azərbaycanlı tələbə Ermənistan prezidentini dalana dirədi: “Qarabağda baş verənlər faciədir”

Baxış sayı:
7558

Ermənistan prezidenti Armen Sarkisyan Almaniyanın Saksoniya-Anhalt vilayətinin Otto-Fon Queriki universitetində müəllim və tələbə kollektivi ilə görüşüb. Ermənistan prezidenti görüş zamanı müəllim və kolektiv heyətinə öz gənclik illəri barədə məlumat verib. Daha sonra müxtəlif növ mövzular barəsində müzakirələr aparan və hər kəsi Ermənistana dəvət edən Sarkisyan sual-cavab mərhələsində azərbaycanlı tələbənin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını da cavablandırıb. “İnsanlıq baxımından Ermənistanda, Azərbaycanda və Dağlıq Qarabağda baş verənlər faciədir. Geri tarixə dönmək istəmirəm. Ermənistanda baş verənlər problemin həll edilməsi üçün mümkün mühit yarada bilər. Ermənistanda yeni hökumət və yeni bir konstitusiya var. Mən dövlət başçısıyam, amma hökumət başçısı deyiləm. İndi Ermənistan Almaniya kimidir. Konstitusiyaya görə, hökumət başçısı İlham Əliyevlə danışıqlar aparmalıdır. Mənim rolum məsləhətlər vermək ola bilər. Vacib bir şey vurğulamaq istəyirəm. İnsanlar təkcə Azərbaycanda deyil, Ermənistanda da ölüblər. Mən, münaqişənin həlli naminə ədalətli və dinc bir mühitin yaradılması üçün əlimizdən gələni etməli olduğumuzu düşünürəm. Bunu etmək asan olarmı, xeyr. Lakin bu gün bunu etməyə çalışmalıyıq, əks halda sizin və bizim uşaqlarımız bir neçə il sonra eyni sualları soruşacaqlar”, - deyə o bildirib.