​Azərbaycanlı aktrisa gözü çıxarılmış iti əməliyyat etdirdi - FOTO

Baxış sayı:
5881

Sumqayıtda gözü oyularaq çıxarılmış it haqqında, yəqin ki, məlumatınız var.
Azərbaycanlı aktrisa Gülşən Hüseynli ibrətamiz addım atıb. Belə ki, aktrisa gözü çıxarılmış iti əməliyyat etdirib. Milli.Az-a açıqlama verən məşhur bunları deyib:
"Mən bu addımı atmamışam ki, kimsə mənə təşəkkür etsin. Sadəcə olaraq, içimdən gəldi etdim. Heç kim heyvanlara zor tətbiq edib, onları döyməsin. İtin gözünü çıxaran şərəfsizi tapsam, onun öz gözlərini oyacağam! Bu dünya təkcə bizim deyil, həm də onlarındır".