Azərbaycanda vəkil olmaq istəyənlər 200 MANAT ÖDƏMƏLİ OLACAQ – Vəkillər Kollegiyası qərar verib

Baxış sayı:
14335

Azərbaycanda vəkil olmaq istəyənlər Vəkillər Kollegiyasının hesabına 200 manat ödəməli olacaqlar.

Muxalifet.az xəbər verir ki, bu məbləği ödəməyənlər imtahana buraxılmayacaq. Bu haqda Vəkillər Kollegiyası qərar verib.
Qeyd edək ki, Vəkillər Kollegiyasınən bu qərarı vəkil olmaq istəyən vətəndaşların etirazına səbəb olub.
“Cənab Prezident tapşırıq verib ki, vəkillərin sayı çoxalsın. Azərbaycanda bunu "nəzərə alaraq" Vəkillər Kollegiyası götürüb qərar verib ki, indidən imtahana buraxılmaq üçün 200 manat pul ödəməliyik!” – deyə Rüstəm Əliuyev adlı vətəndaş tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət daxil olub.
Şikayətçi hesab edir ki, Vəkillər Kollegiyasının bu qərarı qanunsuzdur və bundan ölkə baçşısının xəbəri olarsa, dərhal aradan qaldırar.

 
Muxalifet.az