“Azərbaycanda ÜDM 0,5% civarında azalıb” - Natiq CƏFƏRLİ

Baxış sayı:
2040

“Bu, MDB-də ən pis göstəricilərdən biridir”

Muxalifet.az xəbər verir ki, prezident İlham Əliyevin “2017-ci ildə Azərbaycan sürətlə və uğurla inkişaf edib” fikirnə münasibət bildirən REAL Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli 2017-ci il üzrə rəsmi rəqəmləri diqqətə çatdırıb.

“Vətəndaşların real gəlirləri azalıb”

N.Cəfərli qeyd edib ki, ÜDM 0,5% civarında azalıb, iqtisadiyyat daralıb: “Bu, MDB-də ən pis göstəricilərdən biridir. İnflyasiya 14%-ə, ərzaq inflyasiyası 18%-ə yaxın olub. Vətəndaşların real gəlirləri azalıb. Bir neçə bank bağlanıb. Bank sistemi böyük problemlər içindədir. Toksik kreditlərin həcmi beynəlxalq normaları 8-10 dəfə keçib. 2016-cı ilə nisbətən ötən il bankların verdiyi kreditlər 4 milyard dollar azalıb. Ötən il 100-dən çox xarici şirkətin yerli nümayəndəliyi bağlanıb. Manat inzibati yolla dollar qarşısında sabitləşsə də, avroya qarşı 15%-ə yaxın, funt, yen və franka nisbətən 10%-ə yaxın dəyər itirib”.

“Bəzi makroiqtisadi göstəricilərdə irəliləyiş hökumətin gördüyü işlərlə əlaqəli deyil”

N. Cəfərli onu da əlavə edib ki, bəzi makroiqtisadi göstəricilərdə irəliləyiş var: “Amma bunun yeganə səbəbi neftdir. “Qara qızıl”ın qiyməti keçən il 35% artıb. Yəni bu hökumətin gördüyü işlərlə əlaqəli deyil, ancaq “əlahəzrət” neftə görədir”

Cavid, Muxalifet.az