Avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atdı - VİDEO

Baxış sayı:
281

Bakıda avtobus sürücüsü sərnişinlərin həyatı ilə oynayıb. O, avtobus hərəkətdə olarkən, əlini sükandan çəkərək mobil telefonla məşğul olub. Çəkilən video görüntülər faktı təsdiq edir. Hadisə 57 nömrəli avtobusların birində baş verib.

Avtobus sürücüsü əlini sükandan çəkərək votsapp vasitəsi ilə kiməsə səs göndərir.

Qarşıda nəqliyyat sıxlığı yarandığından o anidən tormozlama edir. Bu təhlükəli kadrlar bir neçə gün əvvəl sərnişinlərdən biri tərəfindən çəkilib. Kadrlardan aydın olur ki, avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atır.

Məlum oldu ki, həmin kadrlar 57 nömrəli xəttdə işləyən, dövlət qediyyat nişanı 90_RB 443 olan avtobusda çəkilib. Həmin avtobusdan istifadə edən sərnişinlərin sözlərinə görə, bu ilk deyil. Tez-tez həmin xəttdə avtobus idarə edən bəzi sürücülər siqaret çəkir, mobil telefonla danışır və onlarla kobud rəftar edir, yol hərəkəti qaydalarını pozaraq təhlükəli şəkildə avtobusu idarə edərək sərnişinlərin həyatını təhlükəyə atırlar. Hətta bəzi sərnişinlər 57 saylı marşurutu ölüm avtobusları da adlandırırlar.

Məsələ ilə bağlı Bakı nəqliyyat Agentliyindən bildirildi ki, məsələdən xəbərdardılar. Artıq bununla bağlı daşıyıcı şirkətin rəsmisi agentliyə çağırılıb və lazimi tapşırıqlar verilib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirdi ki, kadrlardakı sürücü videonu çəkən şəxslə mübahisə edib. Həmin halla bağlı aidiyyatı rayon polis idarəsində araşdırma aparılır. Məsələ tam araşdırıldıqdan sonra qanuna müvafiq addımlar atılacaq.(Xezerxeber.az)