​Avstraliyanın Viktoriya əyalətində: Kenquru kişini döydü - Video

Baxış sayı:
5032

Avstraliyanın Viktoriya əyalətinin sakini kenqurunun hücumuna məruz qalıb.
Daniel Tuhoy adlı yaşlı kişini kenqurunun bir təpiklə yerə sərdiyi anı göstərən video sosial mediada böyük diqqət çəkib.
Bu görüntünü qısa vaxt ərzində yüz minlərlə insan izləyib.
Qızı tərəfindən mobil telefonla çəkilən kadrlarda kişinin kenqurudan aldığı zərbələrlə yerə yıxıldığı görünür.
45 milyon kenqurunun yaşadığı Avstraliyada mövsümlərin dəyişməsi, quraqlıq və heyvanların məskunlaşdığı yerlərin azalması səbəbi ilə ölkənin simvolu olan kenqurularla insanlar tez-tez qarşılaşır.
Güclü pəncə və ayaqları ilə kenqurular insanlara hücum çəkərək onları yaralayır./Teleqraf.com 
Videonu təqdim edirik: