Amerikalı alimdən ŞOK AÇIQLAMA: 2150-ci ildə…

Baxış sayı:
9088

Kolorado Universitetinin riyaziyatçı alimi Araon Klauzet XIX əsrdən başlayaraq ölkələr arasındakı silahlı qarşıdurmaları analiz edib.
“Life.ru” xəbər verir ki, Klauzet bu tədqiqat əsasında üçüncü dünya müharibəsinin başlayacağı tarixi açıqlayıb.
Amerikalı alimin fikrincə, tarixdə barış və savaşların xüsusi əvəzetməsi var. O, əsasən 1823 və 2003-cü illər arasındakı tarixi kəsimə diqqət yetirib. Bu müddət ərzində ölkələr arasında 95 iri münaqişə baş verib. 1940 və 2003-cü illər arasında isə 5 belə böyük savaş yaşanıb.
Alimin yeni yaradılan xüsusi proqramla apardığı hesablamaya görə, növbəti dəhşətli konflikt 2150 ildə baş verəcək. O deyib ki, müharibə ilə bağlı proqnozu yalnız insanlığin yeni “fikir mərhələsi”nə çataraq konfliktləri sülh yolu ilə həll etməyə qadir olduğu halda yanlış çıxa bilər(hurriyyet.org).