ALİMLƏRDƏN ŞOK ARAŞDIRMA - Tamamilə dik gəzə bilən insan daha çox yaşayır...

Baxış sayı:
2956

Tamamilə dik gəzə bilən insan növünün - Homo Erektusun indiyə qədər bilinəndən daha çox yaşadığı barədə faktlar aşkar edilib.
ABŞ-dakı Ayova Universitetində çalışan mütəxəssislərin İndoneziyanın Java adasındakı Solo çayının sahilində tapdığı fosillər bu insan növünün 100 min il əvvələ qədər yaşadığını göstərir.
Bu o deməkdir ki, Homo Erektus müasir insanlarla eyni dövrdə yaşayıb.
Yeni qalıqlar tapılana qədər hesab edilirdi ki, iki milyon il əvvəl Afrikada ortaya çıxmış bu növ orada 500 min il, Çində isə 400 min il əvvəl yox oub.
Araşdırmanın nəticələri "Nature" elm jurnalında dərc olunub.

"Tropik meşələrə uyğunlaşa bilməyiblər"

1930-cu illərdə yenə Solo çayının sahilində Homo Erektusnövünə aid 12 kəllə və iki ayaq sümüyü tapılmışdı. Bölgənin geoloji quruluşu qarışıq olduğu üçün və həmin əraziylə bağlı informasiyanın azlığı səbəbindən sonrakı illərdə sümüklərin yaşı öyrənilə bilməmişdi.
1990-cı illərdə başqa bir komanda Javada 53000-27000 əvvələ aid olduğu düşünülən sümük parçaları tapmışdı.
Bu qazıntılar adada müasir insanlarla Homo Erektusun yaşadığı dövrlərin toqquşmuş ola bilcəyi ehtimalını doğurmuşdu.
Bu yaxınlarda Ayova Universitetinin əməkdaşı professor Russel Ciochon-un rəhbərlik etdiyi komanda bölgədə yeni qazıntı işləri aparıb və ərazinin quruluşunu yenidən analiz edib.
Komanda belə nəticəyə gəlib ki, sümüklər 117000-108000 il əvvələ aiddir. Bu tarix Homo Erektusun yaşamış ola biləcəyi ən yaxın dövr hesab olunub.
Homo Erektusun Java adasında bir milyon ilə qədər yaşadığı təxmin edilir.
Əvvəlki illərdə cənub-şərqi Asiyada Homo Erektusun kiçik növlərə təkamül etmiş qohumlarına rast gəlinmişdi.
Səbəb kimi adalarda qida mənbələrinin məhdud olması göstərilir.
Təxmin edilir ki, Javada mənbələrin zəngin olması Homo Erektusa ölçülərini qoruya bilmək imkanı verib.
Mütəxəssislər hesab edirlər ki, fosillər Cavada ətraf mühitin dəyişməyə başladığı dönəmə aiddir. Həmin dövrdə açıq meşə sahələrini tropik meşələr əvəz etməyə başlayıb.
Güman olunur ki, Homo Erektusun adadan yoxa çıxmasının səbəbi savanna iqliminə alışmış bu növün yeni şəraitə uyğunlaşa bilməməsidir.