​Alimlər qocalmanın qarşısını alan metod tapıblar

Amerikalı alimlər daha bir yeni elmi kəşfə imza atıb.
Hurriyyet.org-un xarici mətbuata istinadla verdiyi xəbərə görə, əcnəbi bioloqlar apardıqları eksperimentlə insanın qocalmasının qarşısının almağın mümkün olduğunu öyrəniblər.
Kaliforniya Universitetinin inteqrativ biologiya və fiziologiya kafedrasının mütəxəssisləri metoxondrinin aktiv fəaliyyətinə təsir edən xüsusi maddənın  yeridilməsi metodunu hazırlayıblar. Bu metoda görə, hüceyrə strukturunda yaşlanan zaman zədələnən mitaxondri hüceyrələri aradan qaldırılır.
Alimlər bildirir ki, bu vasitə ilə sağlam, qüsursuz orqanoidlər daha aktiv olmağa başlayır və digər hüceyrələrlə müqayisədə daha uzun yaşayır.
Onlar təxmin edir ki,  zədələnmiş metoxondrilərin aradan qaldırılması Alsgeymer kimi ağır neyrodegenerativ xəstəliklərin həllinə də yardım edə biləcək.