İş adamının gəlininə 5 kiloqram qızıl, 500 min pul verdilər - FOTOLAR
30-06-2019 02:00
Baxış sayı:
4642
Türkiyənin Diyarbakır və Şanlıurfa şəhərlərinin zəngin ailələrinin toyu səs-küy yaradıb.
Türkiyə KİV-ləri xəbər verir ki, şanlıurfalı Mehmet Emin Bucakın qızı Zəhra diyarbakırlı iş adamı Hacı Tekin Çiçəyin oğluna ərə gedib. Oteldə baş tutan toya təxminən 2 min nəfər qatılıb. Mərasim zamanı gəlinə 5 kiloqram qızıl, 500 min lirə pul hədiyyə olunub.
Qızıllar gəlinə ağırlıq etdiyindən və qolunda yer qalmadığından çantaya qoyulub. Toy daha sonra davam edib./qafqazinfo