"ABŞ-ın əsas məqsədi İran ordusunun mövcudluğuna son qoymaqdır" - POMPEO

Baxış sayı:
13789

ABŞ ordusunun Suriyadan çıxarılması ölkənin təcili hərbi əməliyyatlar keçirməsi imkanlarını əlindən almayacaq. Muxalifet.az xəbər verir ki, bunu BƏƏ-də jurnalistlərə açıqlamasında ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, ABŞ-ın əsas məqsədinin İran ordusunun Suriyadakı mövcudluğuna son qoymaq olduğunu bildirib: "Bu, ambisiyalı hədəfdir. Bu bizim missiyamızdır. Bizim istifadə edəcəyimiz metodlar fərqlidir. Bir neçə min hərbçinin Suriyanı tərk edəcəyi faktı sadəcə taktiki dəyişiklikdir. Bu bizim özümüz üçün vacib olan hərbi fəaliyyətlərimizi davam etdirmək imkanlarımızı əlimizdən almır"./axar.az